XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

18 Yanvar 2020 - 19:53

Fransada nümayişçilər Prezidentin olduğu teatra soxulmağa cəhd ediblər- FOTO

Yanvarın 17-də axşam Parisin “Des Bouffes du Nord” teatrında “Milçək” pyesinin təqdimatına tamaşa edən Fransa Prezidenti Emmanuel Makron mədəniyyət ocağından polisin köməyi ilə çıxarılıb.

Prezidentin “Milçək” pyesinin təqdimatında olduğundan “Twitter” vasitəsilə xəbər tutan nümayişçilər teatra soxulmağa cəhd ediblər. Nümayişçilərin cəhdinin qarşısı alınıb və Prezidentin təhlükəsizliyi təmin olunub.

Prezidentin teatrda olduğunu sosial şəbəkədə yayan jurnalist Taha Bouhafs isə polis tərəfindən saxlanılıb(azərtac).