XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2020 - 22:19

“Sarı jiletlər”in aksiyasında 30-dan çox etirazçı saxlanılıb- FOTO

Fransa polisi Parisdə “sarı jiletlər” hərəkatının şənbə günü keçirilən aksiyasında 32 etirazçını saxlayıb.

“Report”un məlumatına görə, bu barədə paytaxt polisi məlumat yayıb.

“Saat 15.45-də (Bakı vaxtı ilə saat 18:45) polis prefekturasının əməkdaşları 32 nəfəri saxlayıb”, – deyə asayiş keşikçilərinin “Twitter”də yerləşdirilmiş xəbərində bildirilir.

BFMTV telekanalı isə qeyd edib ki, “sari jiletlilər” 62-ci istirahət günüdür ki, etiraz aksiyası keçirir. “Təxminən saat 14:30 (Bakı vaxtı ilə saat 16:30) asayiş keşikçiləri “təntənəli yürüşün başında olmaq” istəyən və polisə əşyalar atmaq istəyən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq ediblər. Ancaq bütovlükdə nümayiş dinc keçib”, – deyə bildirilib.