XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

18 Yanvar 2020 - 23:19

Beyrutda toqquşmalar:75 nəfər xəsarət alıb

Livanda aksiyaçılarla güc strukturunun nümayəndələri arasında növbəti toqquşmalar baş verib.

“Report”un məlumatına görə, bu barədə RİA “Novosti” Qırmızı Xaç Cəmiyyətinin Livan bölməsinə istinadən məlumat yayıb.

Məlumata görə, toqquşmalar paytaxt Beyrutun mərkəzində, parlament binasının qarşısında baş verib. Qarşıdurmalar zamanı 75 nəfər xəsarət alıb.

“Hazırda Beyrutun mərkəzində toqquşmaların gedişatında xəsarət alan 30 nəfər xəstəxanaya yerləşdirilib. 45 vətəndaşa yerindəcə tibbi yardım göstərilib”, – deyə Qırmızı Xaç Cəmiyyətinin Livan bölməsinin bəyanatında bildirilir.

Qeyd edilir ki, zərərçəkənlər arasında aksiyaçılarla yanaşı, güc strukturlarının nümayəndələri də var.

Zərərçəkənlər gözyaşardıcı qazın tətbiqi və atılan daşlardan xəsarət alıblar.