Venesuela Prezidenti Nikolas Maduro ABŞ-la dialoqa hazır olduğunu bəyan edib.
N.Maduro bu barədə “The Washington Post” qəzetinə verdiyi müsahibədə deyib.
“Hökumətlər arasında hörmət varsa, ABŞ-ın nə qədər böyük olmasından asılı olmayaraq, dialoq, həqiqi fikir mübadiləsi olarsa, yeni əlaqələr yarada bilərik. Hörmət və dialoqa əsaslanan münasibətlər nailiyyətlərə gətirib çıxarar”, – deyə president qeyd edib.
O, əlavə edib ki, qarşıdurma münasibətləri arzuolunmaz vəziyyətə gətirir: “Bu bir düsturdur”.
Bununla yanaşı, Venesuela prezidenti rəsmi Vaşinqtonla birbaşa əlaqənin açılacağı təqdirdə nəzərə çarpan dəyişikliklərin olacağını vurğulayıb. /APA