XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2020 - 16:09

Pompeo Berlində Çavuşoğlu ilə danışıqlar aparıb –Liviyadakı sülh prosesi müzakirə edilib

Liviya üzrə beynəlxalq konfransda iştirak etmək üçün Almaniyada səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo konfrans çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Bu barədə ABŞ dövlət katibi özünün “Twitter” səhifəsində yazıb.

“Bu gün Berlində, Türkiyənin xarici işlər naziri Çavuşoğlu Liviyadakı sülh prosesini müzakirə etdim. Liviyada atəşkəsin əldə edilməsi və sülhə əməl olunmasına nəzarət etmək üçün etibarlı mexanizmin yaradılması barədə razılığa gəldik” – deyə, o bildirib. (Report)