Berlində keçirilən Liviya ilə bağlı konfransın iştirakçısı olan ölkələr münaqişə tərəflərinə silah tədarükü ilə bağlı embarqo, habelə belə bir qərarın icrasına nəzarətin gücləndirilməsi barədə razılığa gəliblər.
Bu barədə Almaniya kansleri Angela Merkel açıqlama verib.
“Embarqoya hörmətlə yanaşırıq və əvvəlkindən daha çox nəzarət edilməli olması ilə razıyıq”, – deyə Merkel bildirib.
Merkelin fikrincə, bu münaqişə “yalnız siyasi yolla həll edilə bilər”. O, danışıqların “ciddi və gərgin” olduğunu qeyd edib. /APA