XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 January 2020 - 09:29

“Rusiya və Çinin bizdən istifadə etmələrini istəmirik” –Tramp

ABŞ prezidenti Donald Tramp əmindir ki, rəsmi Vaşinqtona Moskva və Pekinlə yaxşı münasibətləri dəstəkləmək sərfəlidir, ancaq başqa ölkələrə ABŞ-dan öz maraqları üçün istifadə etməyə yol vermək olmaz.

TASS xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Texas ştatında ABŞ-ın aqrar sektorunun nümayəndələri qarşısında çıxışında deyib.

“Çinlə normal münasibətlərə malik olmaq – bu yaxşıdır və Rusiya ilə əla münasibətlərə malik olmaq yaxşıdır, necə ki, başqa ölkələrlə olduğu kimi. Amma istəmirik ki, bizdən öz maraqları üçün istifadə etsinlər”, – ABŞ prezidenti deyib. (Report)