XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

20 Yanvar 2020 - 20:54

“Hazırda Liviyaya yalnız hərbi məsləhətçiləri göndərmişik” –Ərdoğan

Türkiyə hazırda Liviyaya yalnız hərbi məsləhətçi və təlimatçılarını göndərib.

“Türkiye” qəzetinin verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk jurnalistlərinə açıqlamasında deyib.

“Hazırda oraya (Liviyaya – red.) hərbi qüvvə göndərmirik. Biz yalnız hərbi məsləhətçi və təlimatçı ştatını göndərmişik”, – deyə R. T. Ərdoğan bildirib.

Onun fikrincə, Rusiya və Türkiyə liderlərinin Liviyada atəşkəs rejiminə riayət edilməsi çağırışı yeni siyasi həll imkanlarını açacaq: “Siyasi həll yolunda səylərimizin bir hissəsi olaraq Berlində Liviya ilə bağlı sammitdə iştirak etdik. 55 bənddən ibarət sammitin bəyannaməsini qəbul etdik” siyasi proses üçün fürsət açılacaq. Atəşkəsə əməl olunarsa, siyasi proses üçün fürsət açılacaq”.

Bununla yanaşı, Ərdoğan Liviya Milli Ordusunun (LMO) komandanı Xəlifə Haftarı “terrorçu” hesab etdiyi üçün onunla danışıqlar masası arxasında oturacağını mümkünsüz olduğunu bildirib. (apa)