XƏBƏR LENTİ

25 Fevral 2020

Digər Xəbərlər

20 Yanvar 2020 - 22:19

BVF 2020-ci il üçün qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2020-ci il üçün qlobal iqtisadi artım proqnozunu 3,3 faizə endirib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə BVF-nin dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair hesabatında deyilir.

BVF-nin hesabatına əsasən, 2021-ci il üçün qlobal iqtisadi artım proqnozu 3,4%-ə qədər endirilib.

İnkişaf etməkdə olan ölkələrin 2020-2021-ci illər üçün proqnozu 0,2 faiz bəndi azaldılaraq müvafiq olaraq 4.4% və 4.6%-ə endirilib.

İnkişaf etmiş ölkələrin 2020-ci il üçün proqnozu 0,1 faiz bənd azalardılaraq 1,6%-ə qədər endirilib, 2021-ci il üçün isə 1,6% səviyyəsində saxlanılıb. Bundan əlavə, BVF Çinin 2020-ci il üçün iqtisadi artım proqnozunu 6%-ə qədər artırıb, 2021-ci il üçün isə 5,8%-ə qədər endirib.

ABŞ-ın 2020-ci il üçün iqtisadi artım proqnozu 2%-ə qədər endirilib, 2021-ci il üçün isə 1,7% səviyyəsində saxlanılıb.

Avrozonanın iqtisadi artım proqnozu 2020-ci il üçün 1,3%-ə endirilib, 2021-ci il üçün isə 1,4% səviyyəsində saxlanılıb.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında BVF qlobal iqtisadi artım proqnozunu 2019-cu il üçün 3%-ə, 2020-ci il üçün isə 3,4 faizə qədər endirmişdi.