XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2020 - 15:43

Belarus Rusiya ilə narazılığa görə Norveçdən neft almağa başlayıb

Belarus Norveçdən 80 min ton neft alıb.

Bu barədə BELTA agentliyi yanvarın 21-də “Belneftexim” dövlət konserninə istinadla xəbər verir.

Neft yanvarın 22-də Klaypeda limanından Belarusa, dəmiryol vasitəsi ilə isə Vitebsk vilayətindəki “Naftan” neftayırma zavoduna çatdırılacaq.

Bu, Belarusdaki iki əsas neftayırma zavodundan biridir.

Bu zavodda il ərzində təxminən 18 milyon ton Rusiya nefti emal olunur və bunun təxminən 60 faizi Avrioa Birliyi ölkələrinə göndərilirdi.

Rusiya yanvarın 1-dən qiymətə görə Belarusa neft göndərilməsini dayandırıb.

Belarus prezidenti Aleksandr Lukaşenko buna görə alternatif neft alınmasını göstəriş verib.

Belarus hökuməti yanvarın ortalarında Ukrayna,Polşa, Azərbaycan, Qazaxıstan və Baltik ölkələrinə neft alınması ilə bağlı təkliflər göndərib. (azadliq.org)