XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

21 Yanvar 2020 - 16:49

İran parlamentinin deputatından şok qərar:Trampın başına 3 milyon dollar qoydu

İran parlamentinin deputatı Əhməd Həmzə ABŞ prezidenti Donald Trampı qətlə yetirən şəxsə 3 milyon dollar pul mükafatı vəd edib.

“Reuters” xəbər verir ki, o, pul mükafatını təmsilçisi olduğu Kirman vilayətinin əhalisinin adından verəcəyini söyləyib.

Xatırladaq ki, Kirman yanvarın 3-ü Bağdadda ABŞ-ın raket zərbəsi nəticəsində ölən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Qasım Süleymaninin doğulduğu bölgədir/Report.