XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2020 - 20:05

Hələb raket atəşinə tutulub –Ölən və yaralananlar var

Suriyanın Hələb şəhərinin Yeni Hələb və Əl-Zəhra yaşayış məntəqələri terrorçular tərəfindən raket atəşinə tutulub.

SANA xəbər verir ki, nəticədə iki qadın və bir uşaq ölüb, üç nəfər isə yaralanıb.

Bildirilib ki, “Ən-Nusra Cəbhəsi” terror təşkilatının üzvləri mülki əhalinin Hələb və İdlib yaxınlığında humanitar dəhlizlər vasitəsilə təhlükəli bölgədən çıxmasına yol vermir/Report.