XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

21 Yanvar 2020 - 20:43

Koçaryanın işi üzrə məhkəmə prosesi təxirə salınıb –Vəkillər iclası boykot ediblər

Bu gün Yerevan məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın və digər yüksək vəzifəli şəxslərin işi üzrə məhkəmə iclası təxirə salınıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, buna səbəb vəkillərin prosesi boykot etməsi olub. İclasda yalnız keçmiş müdafiə naziri Seyran Ohanyanın və KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun vəkilləri iştirak ediblər.

Prosesə sədrlik edən hakim Anna Danibekyan bildirib ki, vəkillərin təqdim etdiyi məktubda əvvəlki məhkəmə iclasında onların ünvanına təhdidlər səsləndirildiyini, məhkəmənin isə buna lazımi şəkildə reaksiya vermədiyini yazıblar. Bu səbəbdən vəkillər prosesə gəlməyib və iclas fevralın 4-dək təxirə salınıb.