XƏBƏR LENTİ

15 İyul 2020
14 İyul 2020

Digər Xəbərlər

21 Yanvar 2020 - 23:25

Britaniya İnvestisiya Fondu Misirə sərmayə qoyacaq- 700 milyon funt sterlinq

Londonda keçirilən Britaniya-Afrika İnvestisiya Sammitində iştirak edən Misir Prezidenti Əbdülfəttah əs-Sisi yanvarın 21-də Böyük Britaniyanın Baş Naziri Boris Conson ilə görüşüb.

Azərtac Misir Prezidentinin informasiya idarəsinə istinadla xəbər verir ki, görüşdə ticari-iqtisadi və sərmayə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Sammitdə də qeyd edildiyi kimi, tərəflər Britaniya İnvestisiya Fondunun Misir iqtisadiyyatına 700 milyon funt sterlinq sərmayə qoyacağını yüksək qiymətləndiriblər.

Qeyd olunub ki, görüşdə regional və beynəlxalq məsələlər, Liviyada sülhün və sabitliyin bərqərar olması, regionda terrorizmə və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Misirin dövlət başçısı yanvarın 21-də Britaniya şahzadəsi, Kembric hersoqu Uilyamla da görüşəcək.