XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

22 Yanvar 2020 - 11:02

Davosda rusiyalı casuslar saxlanılıb –Detallar

Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda casus olduğu güman edilən 2 Rusiya vətəndaşı saxlanılıb.

Bunu İsveçrənin gündəlik “Tages-Anzeiger” qəzeti yazıb.

Nəşrin məlumatına görə, 2019-cu ilin avqust ayında casus olduğu güman edilən 2 rusiyalı Ümumdünya İqtisadi Forumuna hazırlıq işlərini izləməkdə şübhəli bilinib. Onlardan biri saxlanılarkən özünü santexnik kimi təqdim etsə də, onların üzərində diplomatik pasport aşkar edilib. Amma hüquq-mühafizə orqanları onları həbs etməyib, nəticədə rusiyalı casuslar İsveçrəni tərk ediblər.

Məqalədə qeyd olunub ki, rusiyalı casusların hədəfləri arasında foruma dəvət olunan Kremlin tənqidçisi, “Hermitage Capital” Fondunun qurucusu Vilyam Brauder ola bilərdi. /Report