XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

22 Yanvar 2020 - 12:41

Rusiyanın Baş prokuroru vəzifəsindən azad olundu- Yuri Çaykanı kim əvəz edəcək?

Rusiyanın Baş prokuroru dəyişib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Rusiya Federasiya Şurasının plenar iclasında Yuri Çayka Baş prokuror vəzifəsindən azad olunub.

Rusiya Prezidenti Vladimir Putin tərəfindən namizədliyi irəli sürülmüş İqor Krasnov iclasda Baş prokuror vəzifəsinə təsdiqlənib. Y. Çayka İqor Krasnova Baş prokuror vəzifəsində uğurlar arzulayıb. İ. Krasnov vəzifəyə təsdiqlənəndən sonra Baş prokuror kimi and içib. 

Rusiyanın yeni Baş prokuroru İ.Krasnov buna qədər Rusiya İstintaq Komitəsinin sədr müavini olub.

Putin Y.Çaykaya isə Rusiya Prezidentinin Şimali Qafqaz Federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi vəzifəsini təklif edib.