XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2020 - 14:59

Britaniyada koronavirusa görə aeroportlarda xüsusi zonalar yaradılır

Böyük Britaniyanın paytaxtı Londonun “Hitrou” beynəlxalq aeroportunda xüsusi zonalar yaradılacaq.

“Sky News” xəbər verir ki, bu barədə Böyük Britaniyanın nəqliyyat naziri Qramt Şepps məlumat verib.

Onun sözlərinə görə, bu ərazilər koronavirusun yayıldığı bölgələrdən gələn sərnişinlər üçün nəzərdə tutulub.

Xatırladaq ki, artıq yüzlərlə insan koronovirusa yoluxub, 9 nəfər isə bu virusdan ölüb. Virusla bağlı vəziyyət Asiyanın bazar fondlarına da təsir göstərib. (Report)