“Ön sırada oturmaq və impiçmentlə bağlı dinləmələri izləmək istərdim, lakin vəkillərim buna razı olmayacaqlar”.
Bunu Davos İqtisadi Forumunda iştirak edən ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib.
“Mən ora getməyi çox istərdim, məgər bu əla olmazdımı?”, – deyə ABŞ Prezidenti vurğulayıb.
D. Tramp impiçment prosesini oyunbazlıq adlandırıb.
“Senatda əla insanların olduğuna əminəm. İmpiçmentlə bağlı fəndlər ucuz oyunbazlıqdır. Hər şey hələ mən seçildiyim gündən başlayıb”, – deyə D. Tramp qeyd edib.
Qeyd edək ki, dünəndən etibarən Senatda D. Trampın impiçmenti ilə bağlı dinləmələrə başlanılıb/APA.