XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2020 - 21:21

Tripoli hava limanı fəaliyyətini bərpa edib

Liviyanın paytaxtı Tripolinin “Mitigə” beynəlxalq hava limanı bu gün raket atəşi səbəbindən müvəqqəti bağlandıqdan sonra fəaliyyətini bərpa edib.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Bundan əvvəl raket zərbəsinə məruz qalan hava limanında təyyarələrin eniş-qalxışının dayandırıldığı xəbər verilmişdi. Paytaxtdakı Liviya Milli Uzlaşma Hökumətinin silahlı qüvvələrinin sözçüsü Məhəmməd Qanuno bununla bağlı Liviya Milli Ordusunu ittiham edərək hava limanına 6 ədəd “Qrad” raketinin atıldığını, bu kimi addımların tərəflər arasında atəşkəs tarazlaşmasına zidd olduğunu bildirmişdi.