XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

23 Yanvar 2020 - 12:57

Zelenski Ukraynanı Avropa Birliyinə götürməyə çağırıb –Britaniyanın yerinə

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsinin əsas məqsədi Şərqi və Mərkəzi Avropada lider olmaqdır.

O bunu, yanvarın 22-də Davosda keçirilən beynəlxalq iqtisadi forumda çıxış edərkən deyib.

O forum iştiraçılarını, “yeni Ukraynanın uğurlarında səhmdar olmağa” çağırıb.

Zelenski deyib ki, Ukrayna öz gələcəyini Avropada görür.

O Ukraynanı, Böyük Britaniyanın yerinə, Avropa Birliyinə qəbul etməyə çağırıb.

“Söhbət bizim Avropa Birliyində nə vaxt olacağımızdan getmir. Söhbət Ukraynanın birlikdə hansı statusu olmasından gedir. İndi çox münasib bir vaxtdır, bir ölkə çıxanda, obirisi daxil olabilər”, Zelenski deyib.

Prezident həmçinin Ukraynanın şərqindəki vəziyyətdən danışıb, etiraf edib ki, orda hələ də tam atəşkəs əldə edilməyib. Amma qeyd edib ki, qarşıda işıq görür, əgər bütün tərəflər müharibənin dayandırılmasını istəsələr, o sabah dayanar: “Ukrayna öz torpağını qoruyur, amma hamımız başa düşürük ki, onu bu gün də dayandıra bilərik”, Zelenski vurğulayıb.

Davosda keçirilən 50-ci beynəlxalq toplantıda dövlət və hökumət başçıları da daxil olmaqla 117 ölkədən 3 minədək nümayəndə iştirak edir.

Mark Zukerberg, Corc Soros və Bill Qeyts də daxil olmaqla forumda dünyanın 36 ölkəsindən milyarderlər və müxtəlif iş adamları da iştirak edirlər. (azadliq.org)