Tehran ABŞ rəsmisi Brayan Hukun İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının yeni komandiri general İsmayıl Qaanini sui-qəsd ilə hədələməsinə münasibət bildirib.
Məlumata görə, İran XİN-in sözçüsü Abbas Musəvi B.Hukun açıqlamasını ABŞ-ın məqsədli terrorizmin göstəricisi olduğunu bildirib.
“General Qaaniyə qarşı ABŞ Dövlət Departamenti rəsmisinin açıqlaması bu ölkənin dövlət terroru və məqsədli terrorizm siyasətini rəsmi şəkildə aşkarlayır”, – Musəvi deyib/APA.