XƏBƏR LENTİ

09 Mart 2021
08 Mart 2021
07 Mart 2021

Digər Xəbərlər

24 Yanvar 2020 - 09:45

“Google” və “Facebook”un işində problemlər yaranıb

“Google” və “Facebook”un işində qüsurlar yaranıb.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir.

Məlumata əsasən, “Facebook” işində texniki qüsurlar əsasən ABŞ, Latın Amerikası, Avstraliya, həmçinin bir neçə Avropa ölkəsində müşahidə edilir.

“Google”ın işində isə qüsurlar dünyanın bir sıra ölkəsində müşahidə edilir. Əsasən qüsurlar “Google” axtarış sistemində, “YouTube” videohostinqində və “Gmail” servisində qeydə alınıb.