XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

24 Yanvar 2020 - 22:53

Filippin Prezidenti ABŞ-a xəbərdarlıq etdi:"Razılaşmanı ləğv edəcəyik"

Filippin Prezidenti Rodriqo Duterte ABŞ-a qoşun və texnikanın yerləşdirilməsinə dair razılaşmanı ləğv edəcəyi ilə bağlı xəbərdarlıq ünvanlayıb.

Buna səbəb Vaşinqtonun əvvəllər polis rəisi olan Ronaldo de la Rosaya viza verməkdən boyun qaçırmasıdır.

Məlum olub ki, ABŞ-ın Filippindəki səfirliyi keçmiş polis rəisinə viza vermir. Rəsmi səbəb açıqlanmasa da, onun polis rəisi vəzifəsinin icrası zamanı məhkəmədənkənar qətl hadisələri ilə əlaqəli olması ehtimal edilir(azərtac).