XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

25 Yanvar 2020 - 10:15

“Boeing “787 Dreamliner” təyyarələrinin istehsalını azalda bilər” –Bloomberg

Amerikanın “Boeing” şirkəti, tələbin az olması səbəbindən “787 Dreamliner” təyyarələrinin istehsalını azaltmağı düşünür.

Bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər yayıb.

Qeyd olunub ki, şirkət rəhbərliyi ayda 12 təyyarə yerinə 10 təyyarə istehsal etməyi planlaşdırır. “Boeing”in yeni istehsal cədvəli gələn həftə şirkətin gəlirləri haqqında hesabat açıqlanan zaman dərc ediləcək.

Bildirilib ki, hələlik son qərar verilməyib.

“Bloomberg” qeyd edib ki, artıq şirkət ötən ilin oktyabrında ay ərzində istehsal olunan təyyarələrin sayını azaldıb. (Report)