XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2020 - 18:49

İran XİN:"Təyyarə qəzası dəqiqliklə araşdırılacaq"

ABŞ hərbçiləri 1988-ci ildə İrana məxsus sərnişin təyyarəsini vurdular və insan tələfatı oldu. Lakin rəsmi Vaşinqton üzr istəmədi.

Azərbaycan xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Almaniyanın “Der Şpiqel” jurnalına müsahibəsində deyib.

O bildirib ki, ABŞ hökuməti nəinki üzr istəmədi və həlak olanların ailələrinə təzminat ödəmədi, tam əksinə, sərnişin təyyarəsini vuran zabiti mükafatlandırdı.

Lakin İran yanlışlığa yol verdiyinə görə Ukraynadan üzr istədi və səhv edən zabit həbs olunub. Hazırda istintaq gedir. Bu məsələdə hər bir məqam dəqiqliklə araşdırılacaq, təqsiri olanlar hakim qarşısına çıxarılacaq. Məhkəmə təqsirkarlara cəza verəcək.