XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2020 - 19:29

Şimali Koreya uzaqmənzilli nüvə raketi hazırlamaq istəyir

Koreya Xalq Demokratik Respublikası (KXDR) uzaqmənzilli nüvə raketi hazırlamağa çalışır.

Azərtac BBC-yə istinadla xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper deyib.

Şimali Koreyanın nüvə başlığı daşıyan raketlər istehsal etdiyi və onları sınaqdan keçirdiyi barədə danışan ABŞ rəsmisi ölkəsinin məsələni diplomatik dialoq yolu ilə həll etməyə çalışdığını bildirib.

M.Esper Şimali Koreyanı yenidən danışıqlar masasına əyləşməyə və birlikdə Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün addımlar atmağa çağırıb.