XƏBƏR LENTİ

23 Fevral 2020
22 Fevral 2020
21 Fevral 2020

Digər Xəbərlər

25 Yanvar 2020 - 21:55

İraqda etiraz aksiyalarında 4 nəfər həlak olub- 20-dən çox yaralı var

İraqın Zi Kar vilayətində təhlükəsizlik qüvvələri tərəfindən etiraz aksiyalarının dağıdılması zamanı 4 nəfər ölüb, daha 20-dən çox insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı bildirib.

Məlumata əsasən, ən böyük miqyaslı etirazlar, Zi Kar vilayətindən başqa, paytaxt Bağdadda, eləcə də Kərbəla şəhərində keçirilib:

“Zi Kar vilayətində təhlükəsizlik qüvvələri tərəfindən odlu silahdan istifadə nəticəsində dörd nəfər ölüb, onlarla insan yaralanıb”.

Bağdadda təhlükəsizlik qüvvələrinin silahdan istifadəsi nəticəsində 20-dən çox insan yaralanıb.