XƏBƏR LENTİ

23 Fevral 2020
22 Fevral 2020
21 Fevral 2020

Digər Xəbərlər

25 Yanvar 2020 - 23:48

Çində koronavirus xəstələri üçün daha bir mobil xəstəxana inşa olunacaq

Çində koronavirusun yeni ştammına (2019-nCoV) yoluxanların sayının çoxalması ilə əlaqədar Uxan şəhərində ikinci mobil xəstəxananın inşası qərara alınıb.

Azərtac xəbər verir ki, virusun ən çox yayıldığı Uxanda yaradılmış xüsusi qərargahının qərarına əsasən, min çarpayılıq xəstəxana təxminən 15 günə hazır olacaq.

Qeyd edək ki, yanvarın 23-də Uxanda koronavirusun səbəb olduğu sətəlcəm xəstələri üçün ilk mobil xəstəxananın inşasına başlanılıb. Min çarpayılıq həmin xəstəxananın fevralın 3-də hazır olması nəzərdə tutulub.