XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

26 Yanvar 2020 - 16:17

Çində vəhşi heyvanların satışı qadağan edilib –Koronavirusla bağlı

Çinin Bazara nəzarət və tənzimləmə İdarəsi, Kənd Təsərrüfatı və Kənd Ərazilərinin İnkişafı Nazirliyi,  Meşə Təsərrüfatı İdarəsi koronovirusla əlaqədar vəhşi heyvanların ölkə ərazisində istənilən formada satışı və daşınmasını qadağan edib.

Çin hökuməti istehlakçılara vəhşi heyvanlarının ətindən istifadənin hansı təhlükələrə səbəb olacağı barədə xəbərdarlıq edib, bunun dərk edilməsini zəruri sayıb və insanlara sağlam qidalarla qidalanmaq tövsiyə olunub.

Xatırladaq ki, Çin 31 dekabr 2019-cu ildə  Ümumdünya Səhiyyə Təşkilatına Vuhan şəhərində naməlum virus yoluxması barədə məlumat verib. Mütəxəssislər bunun “2019-nCoV” tipli koronavirus olduğunu müəyyənləşdiriblər.

Çinin Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Milli Mərkəzi yeni tip kronavirusun 90 faiz yarasaların orqanizmindəki koronavirusa bənzədiyini müəyyənləşdirib. /APA