XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

26 Yanvar 2020 - 18:43

Roma Papası koronavirusla uğurlu mübarizə üçün dua edəcək –Açıqlama

Roma Papası Fransisk yeni tip koronavirusa yoluxan insanlar və bu xəstəliklə uğurla mübarizə aparılması üçün dua edəcək.

 Ropa Papası bunu bu gün Vatikanda Müqəddəs Petr meydanında katoliklərə ənənəvi bazar günü müraciətində bildirib.

Xatırladaq ki, Çin 31 dekabr 2019-cu ildə  Ümumdünya Səhiyyə Təşkilatına Vuhan şəhərində naməlum virus yoluxması barədə məlumat verib. Mütəxəssislər bunun “2019-nCoV” tipli koronavirus olduğunu müəyyənləşdiriblər. Son məlumatlara əsasən, Çində 1975 nəfər kornavirusa yoluxub, 56 nəfər ölüb. Artıq Honkonq, Tayvan, Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya və Malayziyada da bu virusa yoluxanlar aşkarlanıb. /APA