XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

27 Yanvar 2020 - 09:32

ABŞ-ın İraqdakı səfirliyi raket hücumu məruz qalıb –Üç nəfər yaralanıb

ABŞ-ın İraqın paytaxtındakı səfirliyinin ərazisinə atılan raketlər nəticəsində azı üç nəfər xəsarət alıb.

“TASS” xəbər verir ki, bu barədə İraqın “Al Sumaria” televiziya kanalı İraqın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Hələ ki, xəsarət alanların hansı ölkə vətəndaşı olduğu məlum deyil.

***

ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin ərazisinə atılan raketlər nəticəsində bir neçə nəfər yaralanıb.

Bu barədə “Əl-Sumariya” televiziyası təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hazırda helikopterlər ABŞ səfirliyinin ərazisindəki insanları təxliyə edir.

İraqın baş naziri vəzifəsini icra edən Adel Abd əl-Mehdi isə Amerika səfirliyini raket atəşə tutan şəxslərin tapılaraq cəzalandırılması barədə göstəriş verib.

***

ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin ərazisinə üç raket mərmisi düşüb.

Bu barədə “Al Arabiya” telekanalı bildirib.

Qeyd olunub ki, raketlərdən biri diplomatik missiyanın restoranına dəyib.

Bir neçə saat əvvəl “Əl-Sumariya” hökumət idarələri və səfirliklərin yerləşdiyi “Yaşıl zona” yaxınlığında üç raketin düşdüyünü bildirmişdi. (report)