XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

27 Yanvar 2020 - 09:43

Qazaxıstanın paytaxtında bütün aviareyslər təxirə salınıb –Səbəb

Hava şəraiti ilə əlaqədar Qazaxıstanın paytaxtındakı hava limanında bütün reyslər təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanının mətbuat xidmətinin nümayəndəsi Jenis Əhmətcanov xəbər verib.

J.Əhmətcanov deyib: “Nursultan Nazarbayev Beynəlxalq Hava Limanı çətin hava şəraiti və məhdud görünmə səbəbindən təhlükəsizliyi təmin etmək məqsədi ilə bütün gəliş və gediş uçuşlarını qeyri-müəyyən müddətə təxirə salındığını bildirir. Küləyin sürəti saniyədə 20-24 metrə çatır.”

Çovğun və güclü külək səbəbindən yanvarın 27-də Nur-Sultan şəhərində məktəblər, kolleclər və məktəbəqədər mərkəzlər bağlı olacaq.