XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2020 - 16:31

Türkiyədə zəlzələdə ölənlərin sayı 40 nəfərə çatıb –Dağıntılar altından 45 nəfər xilas edilib

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

Türiyə mətbuatının verdiyi məlumata görə, təbii fəlakət nəticəsində Elazığda 36 nəfər, Malatyada isə 4 nəfər ölüb.

Zəlzələ nəticəsində 1607 nəfər xəsarət alıb.

İndiyə kimi dağıntılar altından 45 nəfər xilas edilib.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.