XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2020 - 20:06

İŞİD-lə əlaqəsi olan 36 nəfər barəsində hökm çıxarılıb- Misirdə

Misirin Asuan əyalətindəki məhkəmə İŞİD-lə əlaqəsi olan 36 nəfər barəsində hökm çıxarıb. 

Azərtac Misir KİV-nə istinadla xəbər verir ki, müttəhimlərdən 8 nəfəri ömürlük həbs cəzasına məhkum edilib. Digər 3 nəfər 15 il, digərləri 3 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası alıb.

Müttəhimlər arasında Asuan idman klubunun futbolçusu da olub. Daha 7 nəfər barəsində istintaq davam edir. Qeyd olunub ki, onlar terrorçu qruplarla birgə dövlətin əsaslarını sarsıtmaq istiqamətində fəaliyyət göstəriblər. Bəzi terrorçular isə Sinay yarımadasının şimalında hərbi təlim keçiblər və Qalyub şəhərində polis əməkdaşını qətlə yetirməkdə təqsirli biliniblər.

İŞİD-in Misirdə əsas bazası məhz Sinay yarımadasında yerləşir. Ölkənin Silahlı Qüvvələri 2018-ci ildən bəri burada terrorçulara qarşı hərbi əməliyyatlar həyata keçirirlər. Rəsmi məlumatlara görə, həmin ərazidə son bir ildə 650 ekstremist öldürülüb və 50 əsgər həlak olub