Polşadakı Osvensim-Birkenau əsir düşərgəsinin faşistlərdən azad edilməsinin 75-ci ildönümü qeyd olunur.
1945-ci il yanvarın 27-də Polşanın Osvensim şəhərində Hitler Almaniyası tərəfindən yaradılmış düşərgədən əsirlər azad edilib. Vaxtilə adıçəkilən düşərgədə milyonlarla insan öldürülüb.
Bu gün oraya ziyarətə gedənlərin bir hissəsi həmin düşərgədən xilas edilmiş keçmiş əsirlərdir. Vaxtilə millətçi sosialistlər tərəfindən işgəncə verilərək qətlə yetirilənlərin əksəriyyəti yəhudilər olub. Belə ki, təkcə Holokostda öldürülən yəhudilərin sayı təqribən altı milyondur(azərtac).