XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

27 Yanvar 2020 - 23:39

Türkiyə XİN ölkə vətəndaşlarını Çinə səyahət etməməyə çağırıb

Türkiyənin Xarici İşlər Nazirliyi vətəndaşlarına Çinə səyahətlə bağlı xəbərdarlıq edib.

Türkiyə XİN-dən yayılan açıqlamada bildirilib ki, Çinin Hubey əyalətinin inzibati mərkəzi olan Uhan şəhərindən yayılan yeni növ koronavirus (2019-nCoV) infeksiyasının səbəb olduğu pnevmoniya xəstəliyi Çin əhalisinin həyatını təhlükə altında qoyub.

Bu səbəbdən Türkiyə XİN vətəndaşlarına zəruri olmadığı halda Çinə səyahəti tövsiyə etmir: “Vətəndaşlarımızın xüsusilə Hubey əyaləti olmaq üzrə xəstəliyin geniş yayıldığı və ağır fəsadlar törətdiyi ərazilərdən uzaq durmaları tövsiyə edilir. Çində müvəqqəti olaraq yaşayan və Çinin digər bölgələrinə səyahət etmək məcburiyyətində olan vətəndaşlarımızın səhhətlərinə diqqət etmələri xəbərdar olunur.

Vətəndaşlarımızdan Çinin paytaxtındakı Pekin Türkiyə Səfirliyimizinin, Honkonq, Şanhay və Quançjou Baş Konsulluqlarımızın, Çin Səhiyyə Komitəsinin və Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlıqlarını yaxından izləmələri xahiş olunur”. (apa)