XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2020 - 10:04

Əfqanıstanda “Taliban”la toqquşma:10 polis öldürülüb

Əfqanıstanda radikal “Taliban” qruplaşmasının silahlılarının nəzarət-buraxılış məntəqəsində hücumu nəticəsində azı 10 polis öldürülüb.

Bu barədə “Ariana News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə Əfqanıstanın şimal-şərqindəki Bağlan vilayətində baş verib.

Öz növbəsində “Pajvak” agentliyi 18 nəfərin öldüyü barədə məlumat verib.

Hələlik başqa məlumat verilmir/Report.