XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2020 - 21:33

Türkiyədən Əsəd rejiminə xəbərdarlıq:"Müşahidə məntəqələrimiz istənilən təxribata adekvat cavab verəcək"

Astana və Soçi razılaşmaları çərçivəsində yaradılan müşahidə məntəqələrimiz istənilən təxribata adekvat cavab verəcək.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Əsəd rejiminin İdlibin Məarrat ən-Numan mahalını mühasirəyə alması ilə bağlı açıqlamasında deyilib.

Açıqlamada bildirilib ki, Əsəd rejimi dinc əhaliyə divan tutmaqda davam edir.

Qeyd edək ki, Əsəd rejimi İdlibin ən böyük mahalı Məarrat ən-Numanın mərkəzini mühasirəyə alıb.