XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

28 Yanvar 2020 - 23:44

Ümumdünya Səhiyyə Təşkilatı Çinə ekspertlər göndərəcək- Koronavirusla mübarizə üçün

Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusla mübarizə üçün yaxın zamanda Çinə ekspertlər göndərəcək.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında deyilir.

Bildirilir ki, ekspertlər çinli alimlərə yeni növ koronavirusu öyrənməkdə və ona qarşı mübarizə tədbirləri hazırlamaqda kömək edəcəklər.

Qeyd edək ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb. Onlardan 106 nəfəri ölüb, 60 nəfəri isə sağalıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.