XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2020 - 09:00

“İsrail “Əsrin sövdələşməsi” ilə əlaqədar fələstinlilərlə danışıqlara hazırdır” –

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin fələstinlilərlə ABŞ-ın Yaxın Şərq Sülh planı – “Əsrin sövdələşməsi” üzrə danışıqlar aparmağa hazır olduğunu söyləyib.

Netanyahu bunu ABŞ Prezidenti Donald Trampla keçirdiyi birgə mətbuat konfransında açıqlamasında deyib.

“İsrail sülh danışıqlarına başlamağa hazırdır. Fələstinlilərin nə qərar verməsindən asılı olmayaraq, İsrail növbəti dörd il ərzində sülh yolunu davam etdirəcək”, – deyə Baş nazir əlavə edib.

Qeyd edək ki, ABŞ-ın hazırkı administrasiyası tərəfindən hazırlanmış Yaxın Şərq Sülh planı Fələstin-İsrail münasibətlərinin nizamlanmasını nəzərdə tutur. Təxminən üç il əvvəl sülh təşəbbüsü ilə ortaya atılmış plan Taumpın müşaviri Jared Kuşner və ABŞ liderinin köməkçisi Jeyson Qrinblatt tərəfindən hazırlanıb. /APA