XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

29 Yanvar 2020 - 16:04

İranın nüvə proqramına dair sanksiyalardan möhlətin müddəti uzadılıb –ABŞ-dan daha bir qərar

ABŞ administrasiyası İranın nüvə proqramına qarşı sanksiyalardan istisna möhlətinin müddətini 60 gün uzadıb.

“Bloomberg” xəbər verir ki, bu addım Böyük Britaniya, Rusiya və Çin üçün dinc məqsədlərlə nüvə enerjisindən istifadə sahəsində İranla əməkdaşlıq etmələrini asanlaşdırmaq üçün atılıb.

Həmin qərar möhləti uzatmağın tərəfdarı olan maliyyə katibi Steven Mnuçinlə möhləti dayandırmağı lazım bilən dövlət katibi Mayk Pompeo arasındakı mübahisənin qızışdığı bir vaxtda verilib.

Bununla yanaşı, ABŞ hökuməti İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) və onun rəhbəri Əli Əkbər Salehiyə qarşı yeni məhdudlaşdırıcı tədbirlərə əl atmaq niyyətindədir.

Xatırladaq ki, 2018-ci ilin mayın 5-də İranın nüvə proqramına dair Müştərək Əhatəli Plandan (JCPOA) çıxan ABŞ həmin il noyabrın 5-dən bu ölkəyə qarşı sanksiyalarını tam həcmdə bərpa edib. Həmin sanksiyalar neft ixracatını, habelə 700-dən çox hüquqi və fiziki şəxsi əhatə edib/Report.