XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

29 Yanvar 2020 - 16:17

“Belçika Ali Məhkəməsinin qərarı PKK-ya açıq dəstəkdir”- Türkiyə XİN

Belçika Ali Məhkəməsinin PKK terror təşkilatı ilə əlaqəli 36 nəfər barədə 2010-cu ildə açılmış cinayət işi əsasında aparılan istintaq materiallarına aid məhkəmənin dayandırılması haqqında qərarı təsdiqləməsi hüquq prinsiplərinin ayaq altına atılmasıdır.

Azərtac xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan açıqlamada əksini tapıb.

Vurğulanır ki, Türkiyəyə hüquqla bağlı tövsiyə vermək istəyən bir ölkənin ideoloji səbəblərdən terror təşkilatını müdafiə etməsi yolverilməzdir. Belçika Ali Məhkəməsinin bu qərarı aralarında körpə və azyaşlıların da olduğu 40 mindən çox Türkiyə vətəndaşının öldürülməsində məsuliyyət daşıyan, Avropa İttifaqının da terror təşkilatları siyahısına daxil etdiyi PKK-ya açıq dəstəyin ifadəsidir.

Qeyd olunur ki, bu ədalətsiz qərar təkcə PKK-nı deyil, Belçika xalqını da mərhəmətsizcəsinə hədəfə alan İŞİD kimi terror təşkilatlarını da stimullaşdırır.

Türkiyə bu ziddiyyətli qərarın düzəldilməsi üçün Belçika hökuməti tərəfindən müvafiq addım atılacağını və bu ölkənin PKK terror təşkilatına qarşı mübarizəni gücləndirəcəyini gözləyir.

Diqqətə çatdırılır ki, Türkiyə bütün hallarda ədalətin tərəfindədir və bəşəriyyətə ən böyük təhdidlərdən biri olan terrorun bütün formalarına qarşı mübarizəsini sonadək davam etdirəcək.