XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2020 - 14:32

Koronavirus Hindistana çatdı:Uxan universitetində təhsil alan tələbə virusa yoluxdu

Hindistanda koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Bu, Kerala ştatında baş verib.

Burada Uxan universitetində təhsil alan tələbənin virusa yoluxduğu təsdiq edilib. O, nəzarət altına alıb, vəziyyətinin sabit olduğu deyilir.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 170 nəfərə çatıb, yoluxanların sayı isə 77 mini keçib. Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb. /Trend.az