XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 19:04

Fələstin prezidenti İsraili bütün sazişlərdən çıxmaqla təhdid edib –İordan vadisinin ilhaqı ilə bağlı

Fələstin prezidenti Mahmud Abbas İsraili İordan vadisini ilhaq edəcəyi təqdirdə bütün sazişlərdən çıxmaqla təhdid edib.

Bu barədə FƏTH hərəkatının sədr müavini Mahmud əl-Alul məlumat verib.

“Abbas Netanyahuya İsrailin İordaniya vadisini və yaşayış məntəqələrini ilhaq edəcəyi təqdirdə Fələstin hökumətinin bütün sazişləri yerinə yetirməkdən imtina edəcəyini bildirib”, – o deyib. Sədr müavini qeyd edib ki, təhlükəsizlik sahəsində koordinasiyanın ləğvi hazırda müzakirə edilmir.

ABŞ dövlət katibi Maykl Pompeo 2019-cu il noyabrın 18-də Vaşinqtonun İordan çayının Qərb sahilindəki yəhudi yaşayış məskənlərinin beynəlxalq qanunları pozduğunu artıq düşünmədiyini bildirib. Ertəsi gün Netanyahu parlamentin təsdiqindən sonra İsrailin suverenliyini İordan vadisi və Ölü dənizin şimal ucuna qədər genişləndirəcək qanun layihəsini təsdiqləyib.

Pompeonun bəyanatına cavab olaraq Fələstin tərəfi ABŞ administrasiyasının yaşayış məntəqələrinə aid beynəlxalq qətnamələri ləğv etmək səlahiyyətinin olmadığını vurğulayıb/Report.