“Google” şirkəti Çində yerləşən ofislərini koronavirusla əlaqədar bağlayıb.
Şirkət nümayəndəsi bunu Çin hökumətinin təlimatlarına əməl etmələri ilə izah edib.
Bildirilib ki, “Google” şirkətinin Çində çalışan əməkdaşlarına və bu ölkədən gələn qohumları ilə əlaqəsi olan işçilərinə azı 14 gün evdən işləmək haqda göstəriş verilib.
“Google” Çində yerləşən dörd ofisindən başqa, Honkonq və Tayvandakı nümayəndəliklərini də bağlayacaq.
Qeyd edək ki, “Apple” və “Facebook” şirkətləri Çinə səfər edən əməkdaşlarının sayını məhdudlaşdırıb.