XƏBƏR LENTİ

28 Fevral 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 21:50

Əli Əkbər Vilayəti:“ABŞ-ın “Yüz ilin planı” heç vaxt gərçəkləşməyəcək”

İranın Ali Liderinin beynəlxalq məsələlər üzrə müavini Əli Əkbər Vilayəti ABŞ-ın “Yüz ilin planı”na münasibət bildirib.

Ə.Ə.Vilayəti bu gün keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ-ın “Yüz ilin planı”  heç vaxt gərçəkləşməyəcək.

O bildirib ki, bu gün  islam dünyası  çox önəmli bir məsələ ilə üz-üzədir: “ABŞ prezidenti İsraillə birlikdə  islam ölkələri üçün problemli yuxu cızıblar və  elə bir plan hazırlayıblar ki, bu plan həqiqətdə region ölkələrinin satılması və parçalanmasıdır, səlib yürüşlərində olduğu kimi”.

“Yüz ilin planı”nın heç vaxt gərçəkləşməyəcəyini deyən Ə.Vilayəti bildirib ki, necə ki, paytaxtı Tel Əvivdən Beytül-Müqəddəsə dəyişmək və  Qolan təbələrinin işğalının rəsmiləşdirilməsi  Tramp və Netanyahu üçün müsbət nəticə gətirmədi, eləcə də  “Yüz ilin planı” uğursuz olacaq.

Ə.Vilayəti deyib ki, Fələstin Mübariz Qruplarının birliyi, müqavimət qruplarının zülmə qarşı mübarizəsi və haqlarını tələb etməsinin kəmiyyət və  keyfiyyət baxımından inkişaf etməsi  Qüdsün azad olunmasına kimi davam etdiriləcək.

ABŞ-ın bu planı dəstəkləməsi və buna görə planın uğur qazanmasına dair verilən sualın cavabında  Ə.Vilayəti deyib ki, ABŞ artıq eniş dövrünü yaşayır və  öz daxili problemlərindən qaçmaq üçün belə bir addıma əl atıb: “Onların bu addımının heç bir nəticəsi olmayacaq və  müsəlmanlar öz istəklərinə çatacaqlar. İran İslam Respublikası bu məsələ ilə bağlı sakit oturmayacaq və bu yolda islam ölkələri ilə  məsləhətləşmələr və əməkdaşlıqlarını davam etdirəcək. Bölgə xalqlarının əməkdaşlığı ilə ABŞ bu addımında uğursuz olacaq”.

Bəzi ərəb ölkələrinin planın təqdimat mərasimində iştirakının bu planın icrasına heç bir təsir göstərməyəcəyini deyən Ə.Vilayəti bildirib ki, baş verənlər həqiqətdə ABŞ-ın bölgədə və dünyada davamlı uğursuzluqlarını ört-basdır etmək üçün  bir növ KİV təbliğatıdır: “Onlar İraqda məğlub oldular və bölgəni tərk etməlidirlər, öz əsas bazalarını itiriblər. Digər tərəfdən ABŞ Suriyadan da çıxmalıdır. Suriyanın güclü və müqavimətli dövləti Fəratın şərqinə gedəcək”.

Qeyd edək ki, bu gün Ali Lider Ayətullah Əli Xameneinin Əsərləri Mühafizə və Yayınlama Ofisindən “Twitter”də sərt reaksiya verilib. ABŞ Prezidenti Donald Trampın “Yüz ilin planı”na ABŞ-ın Orta Şərq sülh planını “şeytani və pis” adlandırılıb: “Fələstin müharibəsi unudulmayacaq, xalq və bütün müsəlman ölkələri qətiyyətlə bu plana qarşı çıxaraq “yüzillik müqavilə”nin həyata keçməsinə izn verməyəcək”.

APA