XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 22:27

BMT-nin strukturlarına kiberhücum olub- "Dəymiş zərərin aradan qaldırılması zəhmət və xərc tələb edir"

Müasir dövrdə dövlət qurumları, banklar, şirkətlər və fərdi istifadəçilərlə yanaşı, beynəlxalq təşkilatlar da getdikcə daha çox kiberhücumlara məruz qalır.

Azərtac xəbər verir ki, BMT-nin Vyana və Cenevrə bölmələrinin informasiya texnologiyaları infrastrukturu haker hücuma məruz qalıb.

Bu barədə xəbəri BMT-nin sözçüsü Stefan Duyarriç təsdiqləyib. Hücumun hələ ötən ilin yayında baş verdiyini bildirən rəsmi nümayəndə hücumun yüksək ustalıqla hazırlandığını da etiraf edib.

O, hakerlərin heç bir lazımi məlumat ələ keçirə bilmədiyini, lakin bununla belə sistemə dəymiş zərərin aradan qaldırılması zəhmət və xərc tələb edildiyini deyib. BMT-nin müxtəlif strukturlarına hər gün çoxlu sayda hücumlar həyata keçirilir və IT bölmələri mütəmadi olaraq bununla məşğul olur.

Qeyd edək ki, siyasi institutlar və beynəlxalq təşkilatlara haker hücumları daha nadir hadisə sayılmır. 2016-cı ilin sonunda ATƏT saytı və IT infrastrukturu geniş planlı hücuma məruz qalmışdı. Ötən ilin avqustunda hakerlər Avropa Mərkəzi Bankına, 2018-ci ilin oktyabrında Haaqadan yerləşən Kimyəvi Silahların Qadağan olunması Təşkilatına, 2014-cü ildə NATO-nun bir neçə saytına, 2011-ci ildə Beynəlxalq Valyuta Fonduna hücum təşkil ediblər.