XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 22:48

Avropa İttifaqı Brexit haqqında sazişi təsdiqləyib

Avropa İttifaqı Şurası Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının (Brexit) şərtləri haqqında sazişi təsdiqləyib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə şuranın cümə axşamı günü yayılan bəyanatında bildirilir. Beləliklə, Böyük Britaniya yanvarın 31-i gecəsi Avropa İttifaqını tərk edəcək və bundan sonra qurumda 27 üzv ölkə qalacaq.

İlin sonunadək Aİ-nin və krallığın münasibətlərində mahiyyətcə heç bir dəyişiklik baş verməyəcək. Belə ki, dekabrın 31-dək keçid dövrü nəzərdə tutulur. Həmin müddətdə Brüssel və London yeni münasibətlər qurmaq barədə danışıqlar aparacaqlar.