XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 22:59

Koronavirusla bağlı yalan xəbər yayan 2 nəfər saxlanılıb- Bu ölkədə

Tailandda koronavirusla bağlı sosial şəbəkələrdə yalan xəbərlər paylaşanlarla bağlı tədbirlər çərçivəsində 2 nəfər həbs edilib.

“Report” “Bangkok Post”a istinadən xəbər verir ki, bu barədə ölkənin rəqəmli iqtisadiyyat və toplum naziri Bhuddhiponqse Punnakanta bildirib.

Nazir virusla bağlı qorxu və çaşqınlıq yaradan xəbərləri yayan altı nəfər şübhəlinin saxlandığını qeyd edib. Onlardan 2 nəfərə qarşı ölkənin Pattaya şəhərində xəstəliyin yayılmasına dair yalan reportaj və bir çinlinin ölməsini əks etdirən video yerləşdirmək üstündə 2017-ci ildə qəbul olunmuş Kompüter Cinayətləri Aktı əsasında ittiham irəli sürülüb, qalanlarının əməlində qəsd aşkar olunmadığı üçün xəbərdarlıq edilməklə sərbəst buraxılıb.

Həbs edilənlərin birinin kişi, digərinin qadın olduğu, ittiham olunduqları maddə ilə beş il həbs cəzasına məhkum edilə biləcəkləri bildirilib.

Qeyd edək ki, Tailand koronavirusa yoluxanların sayına görə Çindən sonra ikinci yerdədir.