XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2020 - 09:00

“ABŞ ölkədə koronavirusla bağlı vəziyyəti nəzarət altında saxlayır” –Tramp

ABŞ hakimiyyəti ölkədə koronavirusun yayılması vəziyyətini nəzarət altında saxlayır.

Bu barədə Birləşmiş Ştatların prezidenti Donald Tramp bildirib.

“İndi biz Çinlə koronavirusla bağlı çox ciddi işləyirik. Bu, indi çoxlarının danışdığı yeni hadisədir. Ümid edirəm, hər şey o qədər də pis olmayacaq, hansı ki deyirlər, bu ola bilər. Biz onlarla (Çin Xalq Respublikası – red), bir çox başqa ölkələrlə sıx işləyirik. Güman edirik ki, bunu tamamilə nəzarət altında saxlayırıq. Bizim ölkədə bununla bağlı problem azdır”, – deyə Tramp Miçiqandakı çıxışında deyib.

Bununla birlikdə prezident ABŞ-da koronavirusa beş yoluxma hadisəsi barədə məlumatı diqqətə çatdırıb.

Daha əvvəl ABŞ-ın Xəstəliklərin Profilaktikası Mərkəzi bildirib ki, ölkədə 6-cı koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Bu, virusun insandan insana keçməsi hadisəsi olub. (Report)